"Xoruldama ciddi sağlamlıq problemlərindən xəbər verə bilər. Çünki belə hallar çox vaxt yuxuda nəfəs dayanmasının açıq əlaməti olur".
Medianews.az xəbər verir ki, bunu Rusiya mətbuatına tibb elmləri namizədi, somnoloq Yelena Tsareva deyib.
"Kim xoruldayırsa, bu, həmin insanın sağlamlığı, xüsusən də yuxuda tənəffüsü ilə bağlı problemlərinin açıq göstəricisi ola bilər. Çünki xoruldama yuxuda nəfəs dayanmasının ən bariz və bəzən yeganə əlamətidir. Belə nəfəs dayanması halları bəzi hallarda ölümlə nəticələnə bilər.
Xoruldama yuxusuzluğa da gətirib çıxara bilər. Bu isə immunitetin zəifləməsinə və bədbəxt hadisələr riskinin artmasına səbəb olur.
Xoruldama və yuxuda nəfəs dayanması ürək-damar sisteminə də təsir göstərir. Bu hallar təzyiqin və nəbzin artmasına səbəb olur ki, nəticədə hipertonik krizlər, insult və infarkt riski yüksələ bilər", - deyə mütəxəssis qeyd edib.