Medianews.az
Yeniyetmənin əlində qutu partladı,
61 baxış

Yeniyetmənin əlində qutu partladı, barmaqlarını itirdi 

Rusiyada bir yeniyetmə əlinə götürdüyü qutunun partlaması nəticəsində barmaqlarını itirib.

Medianews.az xəbər verir ki, hadisə Lyubertsıda baş verib. 

16 yaşlı oğlan yerdə kiçik bir qutu görüb və onu zibil qutusuna atmaq qərarına gəlib. Qutu onun əlində partlayıb. Yeniyetmə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Zərərçəkənin bir neçə barmağını itirdiyi məlum olub. Onun vəziyyətinin təfərrüatları açıqlanmır.

Müstəntiqlər qutuda dəqiq nəyin olduğunu müəyyən etməyə çalışırlar.
Yeniyetmənin yerdən fişəng götürdüyü iddia edilir.

Medianews.az 

Bizə qoşulun