Medianews.az
Yeni qurbağa növü Braziliya prezidentinin şərəfinə
237 baxış

Yeni qurbağa növü Braziliya prezidentinin şərəfinə adlandırıldı

Braziliyalı alimlər amfibiyaların yeni bir növünü - ölçüsü 14 mm-dən çox olmayan miniatür qurbağa kəşf ediblər. O, Braziliya Prezidenti Luis İnasiu Lula da Silvanın şərəfinə "Brachycephalus lulai" adlandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" məlumat yayıb.

Tədqiqatçıların sözlərinə görə, qurbağa dağlıq ərazilərin meşə örtüyündə yaşayır. "Brachycephalus" cinsinin nümayəndələri parlaq rəngləri və son dərəcə kiçik ölçüləri ilə tanınırlar. Hazırda elmə bu cinsdən 42 növ məlumdur ki, onların 35-i yalnız 2000-ci ildən sonra kəşf edilib.

Yeni növ Atlantik okeanı yaxınlığında, Santa-Katarina ştatındakı ucqar Serra-du-Quiriri dağ silsiləsində aşkar olunub.

Yeni qurbağa növü Braziliya prezidentinin şərəfinə adlandırıldı

Bizə qoşulun