Medianews.az
Yaponlar ayılardan bu cür
161 baxış

Yaponlar ayılardan bu cür “qisas alır”

Yaponlar həmvətənlərinə hücum edən ayıları yeməyə başlayıblar.

Medianews.az xəbər verir ki, restoran müştəriləri ayı əti sifariş etməyə daha çox meylli olublar.

2025-ci il Yaponiyada ölümcül ayı hücumlarının sayına görə rekord qırıb. Dekabr ayına qədər ölənlərin sayı 13-ə çatmışdı. Hökumət ovçuların köməyi ilə qəzəbli ayılarla fəal şəkildə mübarizə aparır. Bəzi restoranlar onların topladığı əti alır.

“Suzuki” kafenin 71 yaşlı sahibinə görə, ayı əti basdırılmaqdansa, bişirib yemək daha yaxşıdır. O, ayı hücumlarının artması ilə getdikcə daha çox qonaqlarının ayı ətini dadmaq qərarına gəldiyini müşahidə edib. Sanki bu yırtıcıların hücumuna məruz qalan həmvətənlərinin qisasını almaq üçün fürsət əldə edirlər.

Hökumət menyularına ayı əti daxil edən restoranları təşviq etməyi planlaşdırır. Ümid edir ki, bu ət kəndlər üçün gəlir mənbəyinə çevriləcək və heyvanların lazımsız şəkildə öldürülməsinin qarşısını alacaq.

Yaponiya kənd təsərrüfatı nazirliyi dekabrın əvvəlində bildirib ki, narahatlıq yaradan vəhşi heyvanlar üçün faydalı istifadə yollarını tapmaq vacibdir.

Medianews.az

Bizə qoşulun