Könül Vəlibəylinin qızı Ləman Qulamovanın “Yeni Klinika”da müalicəsi davam edir.
Medianews.az xəbər verir ki, bu barəd jurnalist Fuad Cəfərov məlumat verib.
O bildirib ki, həkimlərin azyaşlının vəziyyətində az da olsa irəliləyiş olduğunu deyiblər.
“Buna baxmayaraq Ləmanın həyati təhlükəsi davam edir, hələ də süni tənəffüs aparatına bağlıdır. Süni tənəffüs aparatından ayrıldıqdan sonra beyin müayinəsi aparılacaq, bu proses isə ən azı 2 həftə davam edəcək. Hazırda həkimlər Ləmanın yaşaması üçün əllərindən gələni edirlər” – deyə Fuad Cəfərov bildirib.
Qeyd edək ki, Yasamal rayonunda baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə nəticəsində Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli də ölüb.