ABŞ Prezidenti Donald Tramp İranın son təklifini müzakirə etmək üçün şənbə gününün sonunda danışıqlar aparanlarla görüşəcək və bazar gününə qədər müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək.
Medianews.az xəbər verir ki, bu barədə o, “Axios”a açıqlamasında deyib.
Tramp yaxşı bir razılaşma əldə edə biləcəyi və ya onları bombalayacağı ilə bağlı şansın yarı-yarıya olduğunu bildirib:
"Ya yaxşı bir razılaşma əldə edəcəyik, ya da onları cəhənnəmə sovuracağam", - deyə ABŞ Prezidenti vurğulayıb.
ABŞ lideri bazar günü qərar verə biləcəyini söyləyib.//Unikal