Medianews.az
“Green Card”la bağlı SƏRT QADAĞA -
84 baxış

“Green Card”la bağlı SƏRT QADAĞA - Bundan sonra...

ABŞ-də yaşayış icazəsi və işləmək hüququ verən “green card” almaq istəyən əcnəbilər bundan sonra yalnız ölkə xaricindən müraciət edə biləcəklər.

Medianews.az xəbər verir ki, bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) yeni memorandumunda bildirilib.

USCIS-in sözçüsü Zak Kaler bildirib ki, ABŞ-də müvəqqəti yaşayan və “green card” almaq istəyən şəxslər müraciət üçün öz ölkələrinə qayıtmalıdırlar.

Onun sözlərinə görə, bu qaydadan yalnız “fövqəladə hallar” zamanı istisna mümkündür.

Buna görə də ABŞ-yə müəyyən məqsəd və məhdud müddət üçün gələn tələbələr, müvəqqəti işçilər və turistlər səfərlərini “green card” alma prosesinin ilk mərhələsi kimi qiymətləndirməməlidirlər.

Zak Kaler qeyd edib ki, müraciətlərin digər ölkələrdən qəbul edilməsi USCIS-in resurslarını digər istiqamətlərə yönəltməyə imkan verəcək.

O əlavə edib ki, bu addım yaşayış icazəsindən imtina aldıqdan sonra ABŞ-də qeyri-leqal qalmağa çalışan şəxslərin axtarışı və deportasiyası zərurətini də azaldacaq.//Musavat.com

Bizə qoşulun