Almaniyanın qərbində yerləşən Düsseldorf şəhərində iki tramvayın toqquşması nəticəsində azı 27 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, bu barədə "Bild" yerli xilasetmə xidmətlərinin məlumatlarına istinadın informasiya yayıb.
Məlumata görə, beş nəfər ağır bədən xəsarətləri alıb. Bununla yanaşı, digər xəsarət alanların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir./Oxu.az