Medianews.az
Xərçəngi aşkar edən test sistemi
89 baxış

Xərçəngi aşkar edən test sistemi tətbiq olunacaq – Bu ölkədə

“Rusiyada iki il ərzində xərçəng aşkarlama test sistemi mövcud olacaq”.

Medianews.az xəbər verir ki, bunu Uzaq Şərq Federal Universitetinin Qabaqcıl Mühəndislik Məktəbinin direktoru Lyudmila Tekutyeva deyib.

Onun sözlərinə görə, təşkilatın laboratoriyaları xərçəngin sürətli aşkarlanması üçün ferment əsaslı test sisteminin hazırlanması üzərində işləyir. Mütəxəssislər xərçəngin sürətli diaqnozu üçün ideal olan unikal dəniz mikroorqanizmlərini aşkar ediblər.

Hazırda klinikayaqədərki sınaqlar davam edir. Alimlər onları iki il ərzində başa çatdırmağı hədəfləyirlər. Tekutyevanın qeyd etdiyi kimi, tədqiqatçılar artıq bu fermentləri bioreaktorlarda sintez etmək üçün bir texnologiya hazırlayıblar.

"Bu tədqiqata əsasən tam istehsal dövrü hazırlanır: mikroorqanizmlərin becərilməsi, təmizlənməsi və fermentlərin təcrid olunması. Artıq iş test sisteminin özünün yaradılması mərhələsinə keçib", - deyə mühəndislik məktəbinin direktoru əlavə edib.

Medianews.az

Bizə qoşulun