Medianews.az
Xarici KİV: ABŞ dörd ölkəni Aİ-dən
108 baxış

Xarici KİV: ABŞ dörd ölkəni Aİ-dən ayırmaq istəyir

ABŞ Avstriya, Macarıstan, İtaliya və Polşanı Aİ-dən ayırmaq istəyir.

Medianews.az xəbər verir ki, bu barədə məlumatı Defense One yayıb.

Birləşmiş Ştatlar dörd ölkəni Avropa İttifaqından (Aİ) ayırmaq və ABŞ, Çin, Rusiya, Hindistan və Yaponiyadan ibarət Əsas 5 (və ya C5) təşkilatı olan Yeddilik Qrupuna (G7) alternativ yaratmaq istəyir.

Bu barədə güya ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasının dərc edilməmiş bölməsində deyilir.

Nəşrin yazdığına görə, strategiya Vaşinqtonun Avropa ölkələri ilə münasibətlərini “oxşar cari administrasiyalara” malik bir neçə dövlətə yönəltməyi təklif edir.

Belə ki, sənədə əsasən, ABŞ AvstriyaMacarıstanİtaliya və Polşanın Avropa İttifaqından çıxarılması məqsədilə onlarla daha fəal əməkdaşlıq etməlidir.

Medianews.az

 

Bizə qoşulun