Medianews.az
Xaçaturyan xəstəxanaya yerləşdirildi -
78 baxış

Xaçaturyan xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib.

Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, dekabrın 22-si hazırda məhkum olan 1955-ci il təvəllüdlü Vaqif Xaçaturyanın səhhətində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb.

“Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasion tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən yüksəkixtisaslı tibbi yardım məqsədilə müvafiq dövlət tibb müəssisəsinə təxliyə edilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir və intensiv müalicə tədbirləri davam etdirilir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilərək 7 noyabr 2023-cü il tarixində 15 il müddətinə azadlıqdan məhrum olunub.

Bizə qoşulun