Medianews.az
WhatsApp-da təhlükəli boşluq:
274 baxış

WhatsApp-da təhlükəli boşluq: iPhone istifadəçilərinə vacib xəbərdarlıq

Dünyanın ən böyük mesajlaşma platforması olan WhatsApp-da ciddi bir kibertəhlükəsizlik açığı aşkarlanıb.

Medianews.az xəbər verir ki, istifadəçilərə, xüsusilə də iPhone sahiblərinə tətbiqi təxirə salmadan yeniləmələri tövsiyə olunur.

“Amnesty International”ın Təhlükəsizlik Laboratoriyasının direktoru Donncha Ó Cearbhaill-in verdiyi məlumata görə, son 90 gün ərzində “zero-click” (yəni istifadəçi heç bir əməliyyat etmədən) adlanan haker hücumları qeydə alınıb və bəzi hədəf şəxslərə WhatsApp tərəfindən tətbiqdaxili xəbərdarlıqlar göndərilib.

Bu təhlükə, CVE-2025-55177 kodu ilə sənədləşdirilib və WhatsApp-ın rəsmi bloqunda yayımlanıb. Boşluq, istifadəçidən heç bir müdaxilə olmadan zərərli kodun cihazda işlədilməsinə imkan verir. Hücum əsasən iOS və macOS sistemlərini hədəf alsa da, Android istifadəçilərinin də risk altında ola biləcəyi bildirilir.

Bu tip “sıfır tıklama” hücumlar adətən:

* Siyasi fəallar, jurnalistlər, hüquq müdafiəçiləri və QHT əməkdaşları kimi “yüksək riskli” hədəflərə qarşı;

* Casus proqramlar yerləşdirmək, şəxsi məlumatları oğurlamaq və ya cihazı izləmək məqsədilə istifadə olunur.

Mütəxəssislərin tövsiyələri:

* WhatsApp-ı və telefonun əməliyyat sistemini son versiyaya qədər yeniləyin.

* Ehtiyac varsa, cihazı “zavod ayarlarına” qaytarın.

* Naməlum mesaj və ya çağırışlara qarşı ehtiyatlı olun.

WhatsApp, bu boşluğu aradan qaldırdığını, lakin risk altında olan istifadəçiləri yalnız tətbiq daxilində xəbərdar edəcəyini bildirib.

Medianews.az

Bizə qoşulun