Medianews.az
Vikipediya tarixin ən populyar sorğularını
62 baxış

Vikipediya tarixin ən populyar sorğularını AÇIQLANDI

Vikipediya onlayn ensiklopediyasının operatoru olan Vikimedia Fondu portalın fəaliyyəti dövründə ən populyar axtarış sorğularının siyahısını tərtib edib.

Publika.az xəbər verir ki, bu barədə “Popular Science” jurnalı məlumat yayıb.

Məlumata görə, vikipediya məqalələri arasında ən çox axtarılan 647 milyondan çox baxış sayı ilə “İllərə görə ölümlərin siyahısı” olub. İkinci yeri ABŞ-la bağlı məqalələr (328 milyondan çox baxış), üçüncü yeri isə ABŞ Prezidenti Donald Trampla bağlı məlumatlar (325 milyondan çox baxış) tutub. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq 1952–2022-ci illərdə Böyük Britaniyada hakimiyyətdə olmuş kraliça II Yelizaveta və Hindistan haqqında məqalələr qərarlaşıb.

Ən populyar on axtarış sorğusuna, həmçinin portuqaliyalı futbolçu Kriştiano Ronaldo, ABŞ-ın 44-cü prezidenti Barak Obama, amerikalı sahibkar İlon Mask, İkinci Dünya müharibəsi və Birləşmiş Krallıq haqqında məqalələr də daxil olub.

Qeyd edək ki, vikipediya 2001-ci il yanvar 15-də istifadəyə verilib. Ensiklopediyada 300-dən çox dildə yazılmış 65 milyondan artıq məqalə mövcuddur. Bu materiallar istifadəçilər tərəfindən hər ay 15 milyard dəfədən çox oxunur.

Bizə qoşulun