Medianews.az
Venesuelanın vitse-prezidenti bu ölkəyə qaçdı
450 baxış

Venesuelanın vitse-prezidenti bu ölkəyə qaçdı

Venesuelanın vitse-prezidenti Delsi Rodrigez hazırda Rusiyadadır.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi dörd mənbəyə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, vitse-prezidentin qardaşı və Milli Assambleyanın sədri Xorxe Rodriqez isə Venesuelanın paytaxtı Karakasda qalıb.

Delsi Rodriqez bundan əvvəl dövlət televiziyasında ABŞ-a ünvanladığı audio-müraciətdə Nikolas Maduro və həyat yoldaşı Siliyanın sağ olduğunu sübut etməyə çağırmışdı.

Qeyd edək ki, yanvarın 3-də ABŞ ordusu Venesuelanın paytaxtı Karakasdakı hərbi obyektlərə kütləvi hücum həyata keçirib. Venesuela prezidenti Nikolas Maduro ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Daha sonra ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesablarında yazıb ki, ABŞ hərbçiləri Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi saxlayıb.

Bizə qoşulun