Medianews.az
Uşaqlar oyun zamanı
141 baxış

Uşaqlar oyun zamanı kəllə tapdılar

ABŞ-də uşaqlar parkta oynayarkən insan kəlləsi aşkar ediblər.

Medianews.az xəbər verir ki, hadisə Cənubi Karolina ştatında, Anderson dairəsindəki Homeland parkında baş verib.

Araşdırma zamanı 50 sümük tapılıb.

Mütəxəssislərin sözlərinə görə, qalıqların təxminən 10 il əvvəl bir insana aid olduğu ehtimal edilir. Hazırda məhkəmə-tibbi ekspertiza ölümün zorakılıq nəticəsində baş verib-vermədiyini müəyyənləşdirə bilmir.

Medianews.az

Bizə qoşulun