"Real Madrid"in türk ulduzu Arda Güler azarkeşlərin tənqidinə tuş gəlib.
Medianews.az Metbuat.az-a istinadla xəbər verir ki, 20 yaşlı futbolçunun "Bayern Münhen"lə qarşılaşmada zəif oyun nümayiş etdirməsi "Real Madrid" azarkeşlərini hiddətləndirib. İspaniya klubunun doğma meydanda rəqibə uduzması yerli mediada böyük rezonans doğurub.
Arda Güler oyuna 64-cü dəqiqədə daxil olsa da, tənqidlərdən ona da pay düşüb. Gənc yarımmüdafiəçinin matçın 90-cı dəqiqəsində rəqib qapıya təyin olunan sərbəst vuruşu zəif yerinə yetirməsi ispan jurnalistlərin onu ələ salmasına səbəb olub. Yerli KİV Ardaya xitabən "uşaq olanda sənə yemək verməyiblər?" məzmunlu fikirlər yazaraq ulduz futbolçunun oyununu sərt tənqid edib.