Milli məclisin keçmiş deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından biri Şadman Hüseynin ortancıl oğlu Şaiq Hüseynov vəfat edib.
Medianews.az bildiri ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Bildirilib ki, o bu gün qəfil ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Şaiq Hüseyn 12 aprel 2014-cü ildə 10 il müddərində azadlıqdan məhrum edilib. Ş.Hüseynov dələduzluqda ittiham olunub.
Xatırladaq ki, Şaiq Hüseynin atası Şadman Hüseyn də qəfil ürək tutmasından vəfat etmişdi.
1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə seçilən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq, 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin vəfat edən millət vəkili deputatlıq müddətini başa vura bilməyib.

