Medianews.az
Ukrayna ordusu Xəzər dənizindəki qazma qurğularına
85 baxış

Ukrayna ordusu Xəzər dənizindəki qazma qurğularına zərbə endirdi

Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunu yanacaq, logistika və hava hücumundan müdafiə ilə təmin edən obyektlərə, o cümlədən Xəzər dənizindəki "LUKOIL" qazma platformalarına bir sıra zərbələr endirib.

Medianews.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Xəzər dənizində Rusiyanın "LUKOIL" şirkətinə məxsus üç qazma qurğusuna zərbə endirilib.

Bildirilib ki, bu qurğular Rusiya ordusunun enerji ehtiyaclarını ödəmək üçün istifadə olunur.

Bizə qoşulun