Medianews.az
Türkiyəli tanınmış jurnalist
122 baxış

Türkiyəli tanınmış jurnalist saxlanıldı - FOTO

Türkiyəli jurnalist Ənvər Aysevər polis tərəfindən saxlanılıb.

Medianews.az xəbər verir ki, bu barədə Milli.Az məlumat verib. 

Məlumata görə, jurnalist Yutub hesabında paylaşdığı videoda dediyi ifadələrə görə İstanbuldakı evindən polis bölməsinə aparılıb.

Tanınmış jurnalist özünün "YouTube" kanalında yayımladığı verilişdə "Sağçı ideologiya cinayətdir. Sağçı olanda əxlaqsızlaşırsan. Sağçı ideologiyanın vicdanı yoxdur, din və millətçilik alveri ilə məşğul olur" sözlərini yayımlayıb. 

Bizə qoşulun