Medianews.az
Türkiyədə zəlzələ oldu
179 baxış

Türkiyədə zəlzələ oldu

Egey dənizinin Türkiyənin Çanaqqala bölgəsində Ayvacık rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:28-də (Bakı vaxtı 15:28-də - red.) qeydə alınıb.

Zəlzələ 17.49 kilometr dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.

Bizə qoşulun