Medianews.az
“Türkiyədə məşqçi işləmək istəyirəm” -
128 baxış

“Türkiyədə məşqçi işləmək istəyirəm” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “TRT Spor” telekanalına müsahibə verib.

“Qafqazinfo”nun məlumatına görə, mütəxəssis Türkiyəyə olan sevgisindən danışıb və gələcəkdə bu ölkədə işləmək istədiyini bildirib.

“Mən çox yerdə olmuşam, amma Türkiyə xalqı kimi futbolu sevən millət görməmişəm. Ona görə də istəyirəm ki, Türkiyə həmişə ən yüksək yerlərdə olsun. Çox istəyirəm ki, Türkiyədə məşqçi işləyim. İnşallah, bir gün Allah qismət etsə, çox məmnuniyyətlə, məşqçilik edərəm”, - o deyib.

Qeyd edək ki, R.Sadıqov futbolçu karyerası ərzində Türkiyə klublarının da formasını geyinib. O, “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da oynayıb.

Bizə qoşulun