Medianews.az
Türkiyə XİN-dən İsrailin qərarına sərt etiraz
94 baxış

Türkiyə XİN-dən İsrailin qərarına sərt etiraz

İsrail Nazirlər Kabinetinin 1915 hadisələrinin “soyqırımı” kimi tanınmasını nəzərdə tutan təklifi qəbul etməsi Türkiyənin etirazına səbəb olub.

Medianews.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin 1915 hadisələrinin “soyqırımı” kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı sərt tənqid edib.

Nazirliyin yaydığı bəyanatda bildirilib ki, İsrailin bu addımı siyasi xarakter daşıyır və özünə qarşı irəli sürülən ittihamları gündəmdən yayındırmağa xidmət edir. Açıqlamada İsrailin Beynəlxalq Ədalət Məhkəməsində Qəzzada fələstinlilərə qarşı “soyqırımı” ittihamı ilə üzləşdiyi xatırladılıb.

Bəyanatda həmçinin vurğulanıb ki, Türkiyə İsrailin bölgədəki siyasətinə qarşı mövqeyini davam etdirəcək və Fələstin xalqına qarşı törədildiyi iddia olunan cinayətlərlə bağlı məsuliyyət məsələsinin beynəlxalq hüquq çərçivəsində araşdırılmasını dəstəkləyəcək.

Bizə qoşulun