Medianews.az
“Dostlarla görüşəndə “nemetski şot” edirik” – Elmar Məmmədyarov
126 baxış

“Dostlarla görüşəndə “nemetski şot” edirik” – Elmar Məmmədyarov

Xalq yazıçısı Çingiz Abdullayev özünün “Facebook” hesabında dost məclisindən maraqlı foto paylaşıb. Fotoda məşhur simalar var: sabiq nazirlər Əbülfəs Qarayev, Elmar Məmmədyarov da tədbir iştirakçıları arasındadır. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun məclisdə olması isə xüsusi diqqət çəkir. Foto sosial şəbəkələrdə paylaşılandan sonra tənqid edilib.

Medianews.az xəbər verir ki, Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, həmin foto Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovun 100 illik yubileyində çəkilib:

“İyunun 27-də Arif Heydərovun oğlu Murad Heydərovun dəvəti ilə məclisdə iştirak etmişik. Adətən, şad günlərdə, anım günlərində, yaslarda dostlarla görüşürük, söhbət edirik. Gözəl anlarda şəkil də çəkdiririk”.

Elmar Məmmədyarov deyib ki, dostlarla zəngləşib, birlikdə hansısa tamaşaya gedir, çay süfrəsi arxasında görüşür, xatirələrini bölüşürlər. “Dost məclislərində hesab necə ödənir, kim qabağa düşür” sualına cavabında sabiq nazir belə deyib:

“Xüsusi günlər olmayanda görüşdükdə isə “nemetskiy şot” olur. Yəni tamaşaya və ya çay içməyə gedən zaman pulu birlikdə toplayır, elə ödəyirik. Təki hər zaman şad günlər olsun, qalan işlər düzələndir”.

Bizə qoşulun