Medianews.az
Türkiyə Superkuboku:
148 baxış

Türkiyə Superkuboku: İlk finalçı məlum oldu

Türkiyə Superkubokunun yarımfinal mərhələsini ilk oyunu başa çatıb.

Medianews.az xəbər verir ki, Gaziantep stadionunda "Qalatasaray"la "Trabzonspor" üz-üzə gəliblər.

İstanbul təmsilçisi rəqib qapısından dörd top keçirib. Yılmaz (38), Elmalı (45+3), Akgün (63) və İkardi (81) fərqləniblər. Trabzonluların gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa yetib. Auqusto (55) komandasına təsəlli verib - 4:1.

Qeyd edək ki, yanvarın 6-da baş tutacaq ikinci yarımfinalda "Fənərbağça" "Samsunspor"la mübarizə aparacaq. Turnirin həlledici qarşılaşması isə yanvarın 10-da keçiriləcək.

Bizə qoşulun