Medianews.az
Türkiyə hələ qərar verməyib... -
144 baxış

Türkiyə hələ qərar verməyib... - Ərdoğan AÇIQLADI

Türkiyə silahlı qüvvələrinin Qəzzada beynəlxalq missiyada iştirakı ilə bağlı hələ qərar verməyib. 

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində iştirak etdiyi Cənubi Afrikada keçirdiyi mətbuat konfransında bildirib.

"Bu məsələ qiymətləndirmə tələb edir. Buna görə də, biz, xüsusən də Milli Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrimizin Qəzzada sabitləşdirmə qüvvəsi kimi necə yerləşdirilə biləcəyini təhlil edəcəyik. Bu qiymətləndirmədən sonra qərar veriləcək", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, Qəzza zolağında Ankaranın iştirakı ilə təmin edilən atəşkəs qorunmalı və döyüşlərin yenidən başlanmasına yol verilməməlidir: "Biz Qəzzada atəşkəsin təmin edilməsində mühüm rol oynadıq. Qarşıdurmaların yenidən başlamaması üçün əlimizdən gələni edirik. Bu mərhələdə atəşkəsin davam etdirilməsini təmin etməklə yanaşı, daimi həll yoluna nail olmaq üçün iki dövlətli həllin tətbiqi vacibdir".

Ərdoğan qeyd edib ki, “paytaxtı Şərqi Qüdsdə 1967-ci il sərhədlərinə əsaslanan azad Fələstin Dövləti yaradılmadan qlobal sülh tam təmin oluna bilməz”.

Bizə qoşulun