Türk Hava Yolları (THY) kabin heyətinin geyim qaydalarında dəyişiklik edib.
Yeni qaydalara əsasən, təyyarə bələdçilərinə yalnız THY-yə məxsus rəsmi böyüklük nişanını taxmağa icazə verilir. Atatürk və Türkiyə bayrağı təsvirli nişanlar da daxil olmaqla, digər bütün nişanlar qadağan olunub.
THY baş direktoru Bilal Ekşi tərəfindən imzalanan qaydalar aksesuar istifadəsinə də məhdudiyyətlər gətirir. Kabin heyətinə yalnız sadə üzük, nazik bilərzik və zəncir taxmağa icazə verilir, dəri, şnur və muncuqdan hazırlanan aksessuarlar qadağandır.
Şirkət rəsmiləri bildirir ki, nişan qadağası yeni deyil və oxşar məhdudiyyətlər 2011-ci ildən tətbiq olunur. Buna baxmayaraq, son dəyişikliklər sosial mediada tənqidlərə səbəb olub. Bəzi jurnalist və istifadəçilər qərarın Atatürk simvollarını əhatə etməsinə etiraz ediblər.
THY isə tənzimləmənin korporativ geyim standartlarının qorunması məqsədi daşıdığını vurğulayır./Milli.az/
.jpg)