Medianews.az
Tramp xəbərdarlıq etdi:
57 baxış

Tramp xəbərdarlıq etdi: Ordu yeridəcəyik!

ABŞ Prezidenti Donald Tramp Minneapolisdə etirazları yatırmaq üçün bölgəyə qoşun yeridə biləcəyini deyib.

Medianew.az Teleqraf-a istinadən xəbər verir ki, Tramp sosial media hesabında yazıb.

"Əgər Minnesota ştatının korrupsiyalaşmış siyasətçiləri qanuna tabe olmasa və işlərini görməyə çalışan ICE (ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi) vətənpərvərlərinə hücum etmələrinin qarşısını almasalar, məndən əvvəl bir çox prezidentin etdiyi kimi, Üsyan Qanununu tətbiq edəcəyəm. Bununla da Minnesota ştatında baş verən xaosa tez bir zamanda son qoyacağam", - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ-ın federal immiqrasiya məmurunun ona kürək və süpürgə ilə hücum edən Minneapolis sakinini güllələyərək öldürməsindən sonra bölgədə etirazlar güclənib.

Bizə qoşulun