ABŞ prezidenti Donald Tramp ölkənin ənənəvi “hind quşunu bağışlama” mərasimini keçirərək Gobble adlı hind quşunu rəsmi şəkildə bayram süfrəsindən “xilas edib”.
Medianews.az xəbər verir ki, ABŞ-də bu mərasim hər il Şükran Günündən bir gün əvvəl keçirilir və prezident bir və ya iki hind quşunu rəsmi olaraq bağışlayır.
Beləliklə, həmin quşlar Şükran Günü axşamında bişirilən ənənəvi yemək olmaqdan qurtulur.
Qeyd edək ki, bu ənənənin kökü XIX əsrə gedib çıxır. Həmin dövrdə fermerlər prezidentlərə hind quşu hədiyyə edirdi. Mərasim isə rəsmi xarakterini 1989-cu ildə Corc Buş (ata) dövründə alıb — məhz o, ilk dəfə “pardon” sözünü rəsmi şəkildə istifadə etmişdi.
Medianews.az