Medianews.az
Tramp bir neçə Avropa ölkəsinə tarif
60 baxış

Tramp bir neçə Avropa ölkəsinə tarif tətbiq edəcək

Fevralın 1-dən ABŞ Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Niderland və Finlandiyanın ölkəyə göndərdiyi bütün məhsullara 10 faiz tarif tətbiq edəcək.

Medianews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media platformasında paylaşım edib.

O bildirib ki, tarif iyunun 1-dən etibarən 25 faizə qaldırılacaq.

Donald Tramp əlavə edib ki, dünya sülhü təhlükədədir və bu tarif Grenlandiyanın tam satınalma sazişi imzalanana qədər qüvvədə qalacaq.

Bizə qoşulun