Amerika məhkəmə sisteminin korrupsiyası və nəzarətsiz miqrant axını ABŞ-ni üçüncü dünya ölkəsinə çevirir.
Medianews.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Miçiqan ştatında mitinq zamanı danışıb.
“Əgər bu təqib davam edərsə, heç kim ABŞ-də iş görmək istəməz və biz üçüncü dünya ölkəsinə çevriləcəyik”, o qeyd edib.
Trampın sözlərinə görə, Birləşmiş Ştatlar bir çox cəhətdən artıq buna çevrilib.
Siyasətçi Güneydəki problemləri xatırladıb.
Medianews.az