Medianews.az
Toy zamanı daha bir şadlıq sarayında
65 baxış

Toy zamanı daha bir şadlıq sarayında yanğın oldu - VİDEO

Yanvarın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Firuzə” şadlıq sarayında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə toy məclisi zamanı qeydə alınıb. Bildirilib ki, tavanda başlayan yanğın səbəbi ilə salonda tüstülənmə olub.

Sarayın inzibatçısı hadisə ilə bağlı Xəzər TV-yə deyib ki, yanğına səbəb dekor qurğuları olub: “Toy təzəcə başlamışdı. Yanğın balaca qığılcım səbəbindən olub. Qonaqlar tez bir zamanda salondan çıxdılar”.

O həmçinin qeyd edib ki, hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.

Qeyd olunub ki, qığılcım şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.

Xatırladaq ki, ötən il noyabrın 21-də Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında da bənzər səbəbdən yanğın hadisəsi baş vermişdi.

Daha ətraflı videomaterialda:

Bizə qoşulun