Medianews.az
Ticarət mərkəzində güclü yanğın:
71 baxış

Ticarət mərkəzində güclü yanğın: 3 nəfər öldü, 7 nəfər yaralandı

Pakistanın Kəraçi şəhərində yerləşən “Gul Plaza” alış-veriş mərkəzində şənbə gecəsi böyük yanğın baş verib, nəticədə azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Medianews.az xəbər verir ki, ilkin məlumatlara görə, yanğın bir dükanda baş vermiş qısaqapanma səbəbilə başlayıb və bütün mərkəzə yayılıb.

Yanğınsöndürənlər və xilasedicilər birlikdə insanları təxliyə edərək əraziyə nəzarəti təmin edib.

Hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Bizə qoşulun