Medianews.az
Təyyarənin qalıqları yaşayış
102 baxış

Təyyarənin qalıqları yaşayış binasının üzərinə düşdü – VİDEO

Ukraynaya məxsus pilotsuz təyyarənin qalıqları Rusiyanın Tver şəhərindəki yaşayış binasının üzərinə düşüb.

Medianews.az xəbər verir ki, bu barədə məlumat SHOT teleqram kanalında yayılıb.

Məlumata görə, pilotsuz uçan aparatının dağıntıları 9-cu mərtəbədəki hündürmərtəbəli binaya düşüb və nəticədə güclü yanğın baş verib.

Yuxarı mərtəbələrdəki bir neçə mənzilə ziyan dəyib, pəncərə çərçivələri partlayıb, qəlpələr aşağıda dayanmış bir neçə avtomobilə də düşüb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisə yerinə bütün təcili yardım xidmətləri cəlb olunub.

Medianews.az

Bizə qoşulun