Türkiyənin Təhsil Naziri Yusuf Təkin müxalif deputatların tənqidlərinə tuş gəlib.
Nazirin tənqid olunmasının səbəbi orta məktəb şagirdi olan qızını özəl liseydə oxutmasıdır.
Müxalif deputat Selçuk Özdağ Təhsil Nazirini sərt şəkildə tənqid edib. Millət vəkili bildirib ki, Türkiyədə təhsilin səviyyəsi aşağı olduğu üçün Yusuf Təkinin qızı dövlət məktəbində oxumaq istəmir.
Deputat yalnız Təhsil Nazirini deyil, digər nazirlərin və nazir müavinlərinin də övladlarının bahalı özəl məktəblərdə oxuduğunu iddia edib.
Təhsil Naziri Yusuf Təkin tənqidlərə cavab verərək deyib: “Türkiyə demokratik ölkədir. Seçim azadlığı demokratiyanın əsas şərtlərindən biridir. Heç kimin insanların seçimlərini məhdudlaşdırmağa haqqı yoxdur.”