Yeşilçam filmlərinin məşhur musiqiçisi Zafer Dilək 81 yaşında dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, “haber7” məlumat yayıb.
1944-cü ildə Adanada doğulan Dilək son illər İstanbul Böyükşəhər Belediyəsinə məxsus Sənətçi Yaşam Evində qalırdı. Sağlamlıq problemləri səbəbindən əvvəl Kayışdağı Darülaceze Tibb Mərkəzinə, ardından isə reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Zafer Dilək Sezen Aksu, Ajda Pekkan, Edip Akbayram, Bülent Ersoy və Muazzez Abacı kimi bir çox sənətçi üçün aranjimanlar hazırlayıb. O, həmçinin “Şərq Bülbülü” filmindəki “Çərşənbəni sel aldı” və “Sakar Şakir”dəki “Dilo dilo yaylalar” kimi məşhur musiqilərin müəllifidir.
Musiqiçinin cənazəsi 13 dekabr şənbə günü Üsküdar Karacaahmet qəbiristanlığında dəfn olunacaq.
Medianews.az

