Medianews.az
SON DƏQİQƏ: Universitetdə partlayış:
130 baxış

SON DƏQİQƏ: Universitetdə partlayış: Ölənlər var

Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNRPU) laboratoriyasında hidrodinamik sınaq qurğusunun təzyiqinin azaldılması nəticəsində partlayış baş verib. Hadisə zamanı bir kişi və 8 yaşlı qızı həyatını itirib. 

Medianews.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Perm diyarının İstintaq Komitəsi bildirir ki, baş verən hadisə nəticəsində iki nəfər, kişi və azyaşlı qız ölüb, daha iki nəfər isə yaralanıb. Regionun ərazi təhlükəsizliyi üzrə nazirinin səlahiyyətlərini icra edən Albert Mardanov isə zərərçəkənlərin sayının üç olduğunu deyib. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı ehtiyatsızlıqdan adam öldürmə maddəsi (CM-in 109-cu maddəsi, 3-cü hissə) üzrə cinayət işi açıb.

Rusiyalı teleqram kanallarının məlumatına görə, ölən şəxslər sınaqdan keçirilən qurğunun istehsalçı zavodunun direktoru və onun qızıdır. Partlayış PNRPU-nun laboratoriyasının sınaq üçün istifadə edildiyi aerokosmik fakültəsinin binasında baş verib.

Bizə qoşulun