Medianews.az
Simonyanın Azərbaycanla bağlı ETİRAFI -
106 baxış

Simonyanın Azərbaycanla bağlı ETİRAFI - Ermənistanı ÇALXALADI

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə mediasında ciddi rezonans doğuran növbəti etirafı səsləndirib.

Musavat.com xəbər verir ki, o, “ArmComedy” podkastına müsahibəsində Ermənistanın bir sıra sahələrdə ümumilikdə 110 kv.km Azərbaycan ərazisini nəzarətdə saxladığını bildirib.

Simonyan bu sözləri açıq şəkildə deyib:

“Xəritədə yerləri göstərim?! Deyirəm ki, təxminən 110 kv.km biz onların ərazisindəyik (məsələn, Tavuş istiqamətində). Təxminən 200 kv.km – onlar bizim ərazimizdə. Rəsmi şəkildə deyirəm ki, hətta 90-cı illərdən bəri irəlidə olduğumuz yerlər də var”.

Açıqlama Ermənistan mənbələrində böyük mübahisələrə səbəb olub. Alen Simonyanın etirafı son günlər Azərbaycan-Ermənistan sərhədində gedən proseslərin, xüsusilə delimitasiya-demarkasiya gündəminin fonunda diqqət çəkən əsas bəyanatlardan biri kimi dəyərləndirilir.

Bizə qoşulun