"Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözlənilir".
Medianews.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.
Seysmoloqun sözlərinə görə, sözügedən ərazilərdə zəlzələlər tarix boyu güclü və hiss edilən olub.
Qulam Babayev bildirib ki, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər. Şəki-Oğuz, Quba-Şabran və Aran bölgəsində Hacıqabul istiqamətində mövcud olan zəlzələ ocaqlarında da seysmik aktivliyin artması mümkündür.