Səudiyyə Ərəbistanında yaşayış binasına mərmi düşməsi nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, bu barədə Krallığın Mülki Müdafiə Xidməti X sosial şəbəkəsində bildirib.
Bəyanata görə, mərmi Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xərc əyalətində təmir və təmizlik şirkətinə məxsus binaya düşüb.
Ölən və yaralananların Banqladeş və Hindistan vətəndaşları olduğu qeyd edilib.