Əfsanəvi ispan futbolçu Serxio Ramos "Sevilya"ya yeni statusda qayıtmaq istəyir.
Oxu.Az COPE nəşrinə istinadən xəbər verir ki, Ramos "Sevilya"nın prezidenti ola bilər.
Belə ki, futbolçu klubu satın almaq istəyən investor qrupuna başçılıq edir. S.Ramos klubun indiyədək aldığı ən böyük təklifi edib. "Sevilya"nın hazırkı səhmdarları artıq Serxionun böyük təklifi barədə məlumatlandırılıblar.
Qeyd edək ki, 39 yaşlı Ramosun son klubu Meksikanın "Monterrey" komandası olub, futbolçu bu ilin dekabr ayının əvvəlində komandanı tərk edib.