Medianews.az
Senatordan Trampa ŞOK ÇAĞIRIŞ:
66 baxış

Senatordan Trampa ŞOK ÇAĞIRIŞ: "Onu öldürün..."

İranda 15 gündür davam edən kütləvi etirazlar fonunda ölənlərin sayının 538-ə çatdığı bildirilir.

Medianews.az xəbər verir ki, bu gərgin vəziyyətlə bağlı ABŞ-da diqqətçəkən siyasi açıqlama verilib.

Respublikaçı senator Lindsi Qraham ABŞ prezidenti Donald Trampı İran rəhbərliyini birbaşa hədəf almağa çağırıb.

Senator Lindsi Qraham "Fox News"a müsahibəsində sərt açıqlamalarla çıxış edib. O bildirib ki, İran rəhbərliyinə qarşı atılacaq addımlar etirazçıları daha da cəsarətləndirə bilər. Qrahamın sözlərinə görə, “Cənab Prezident, mən sizin yerinizdə olsaydım, öz xalqını öldürən rəhbərliyi öldürərdim. Buna son qoymaq lazımdır”.

Senator iddia edib ki, belə bir addım regionda böyük dəyişikliklərə yol aça bilər. Onun fikrincə, proses uğurla nəticələnsə, dövlət tərəfindən dəstəklənən terrorizm dayanacaq, Hizbullah və HƏMAS zəifləyəcək, İsrail və Səudiyyə Ərəbistanı arasında sülh mümkün olacaq və Yaxın Şərqdə “yeni bir gün” başlayacaq.

Qeyd edək ki, İran rəsmiləri ölənlərin sayı ilə bağlı rəsmi statistika açıqlamayıb. "Associated Press" isə yayılan rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib. HRANA daha əvvəl ölənlərin sayını 116 olaraq açıqlamışdı.

Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın kəskin devalvasiyası və iqtisadi problemlər fonunda başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.

Medianews.az

Bizə qoşulun