Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, rayonun Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü M.Nəbiyeva bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Qadın əməliyyat olunub, vəziyyəti orta ağırdır.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Nəbiyevaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı, 25 yaşlı Nurlan Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.