Medianews.az
“Səhhətim mükəmməl vəziyyətdədir”
67 baxış

“Səhhətim mükəmməl vəziyyətdədir”

“Səhhətim mükəmməl vəziyyətdədir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb. 

“Ağ Evin həkimləri indicə məruzə etdilər ki, səhhətim mükəmməl vəziyyətdir. Sualların 100%-nə düzgün cavab verməklə, indiyə qədər heç bir digər prezidentin, yaxud vitse-prezidentin keçmək istəmədiyi koqnitiv yoxlanışdan ardıcıl üçüncü dəfə uğurla keçdim”, - dövlət başçısı bildirib.  

ABŞ lideri hesab edir ki, prezident və ya vitse-prezident vəzifəsinə namizəd olan hər kəs məcburi şəkildə koqnitiv yoxlanışdan keçməlidir. 

“Bizim böyük ölkəmiz axmaq və ya səriştəsiz insanlar tərəfindən idarə oluna bilməz!”, - Tramp paylaşımında bildirib. 

Bizə qoşulun