Medianews.az
Samuxda qoyunu vəhşicəsinə döyən
236 baxış

Samuxda qoyunu vəhşicəsinə döyən saxlanıldı

Samuxda heyvana qarşı qəddarlıq edən məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, rayon sakini olan V. Bayramquliyevin saxladığı qoyunlardan birini vəhşicəsinə dayanmadan vurduğu anların görüntüləri sosial şəbəkədə yayılıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində o, saxlanılaraq şöbəyə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, görüntülər həssas olduğu üçün xəbərə əlavə edilməyib.

Bizə qoşulun