Bakı şəhəri, Səbail rayonu, Sahil metrosunun yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Medianews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
***
21:12
Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verib.
Medianews.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.