Medianews.az
Şagird daşıyan sürücü sükan arxasında qıcolma keçirdi -
218 baxış

Şagird daşıyan sürücü sükan arxasında qıcolma keçirdi - Video

Bu gün səhər saatlarında Avropa Azərbaycan Məktəbinin qarşısında ağır qəza qeydə alınıb.

Bu barədə Baku.ws məlumat yayıb.

Bildirilib ki, qəzaya səbəb sürücünün sükan arxasında qıcolma keçirməsi olub.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb, avtomobillərə ziyan dəyib.

Qəza törədən sürücü Avropa Azərbaycan Məktəbinə şagird aparırmış.

Bizə qoşulun