Xəbər verdiyimiz kimi, Rusiya hərbçiləri Xarkovun mərkəzində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.
Musavat.com xəbər verir ki, Xarkov vilayət prokurorluğunun məlumatına görə, şəhərdə çoxmərtəbəli yaşayış binasına zərbə “İskəndər” raketi ilə endirilib.
Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleg Sinequbov açıqlayıb ki, hadisə nəticəsində xəsarət alanların sayı 19 nəfərə çatıb, onlardan biri altı aylıq körpədir. Hələ də dağıntılar altında insanların qalma ehtimalı var.
Ukrayna prezidenti Volodimir Zelenski isə əvvəllər bildirib ki, ilkin məlumatlara görə, yaşayış massivinə iki raket endirilib.
Hazırda xilasetmə işləri davam etdirilir və fövqəladə hallar xidməti dağıntılar altında qalanları axtarır.