Finlandiya Prezidenti Aleksandr Stubb xalqa Yeni il müraciətində Rusiya ilə münasibətlərin əbədi olaraq dəyişdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, məlumatı Yle telekanalı yayıb: "Finlandiya davam edən qlobal transformasiyalara təsir göstərə bilib və beynəlxalq əməkdaşlıq və sülh üçün çalışıb”.
Stubb eyni zamanda ölkəsinin Rusiya ilə münasibətlərinin əbədi olaraq dəyişdiyini , bir daha əvvəlki məcraya qayıtmayacağını deyib.
Prezident həmçinin Avropa əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib, çünki bu, Finlandiyanın dəyərləri və maraqları ilə bağlıdır.