Britaniya dəniz piyadaları Norveçin şimalındakı Vikinq düşərgəsində Rusiya ilə mümkün silahlı münaqişəyə əsasən ekstremal təlimlər keçirirlər.
Medianews.az xəbər verir ki, bu barədə Politico yazır.
Bildirilir ki, Arktika dağlarının dərin qarlarında Britaniya dəniz piyadaları Rusiya ilə müharibəyə hazırlaşır.
Nəşr qeyd edir ki, 2026-cı ilin yazında bazada təxminən 1500 əsgər yerləşdiriləcək və onların sayı 2027-ci ilə qədər 2000-ə çatacaq.
Briqada generalı Ceymi Norman təlimləri şərh edərkən bildirib: "Biz artıq sülh içində yaşamırıq".
Medianews.az