Medianews.az
Rusiya Beloqorye şəhərini tam nəzarətə götürməyə
75 baxış

Rusiya Beloqorye şəhərini tam nəzarətə götürməyə çalışır

Rusiya ordusu Zaporojye bölgəsindəki Beloqorye şəhərinə hücum edib.

Medianews.az xəbər verir ki, bu barədə "DeepState" agentliyi məlumat yayıb.

"Təəssüf ki, düşmən şəhərdə irəliləyir və onu tam nəzarətə götürməyə çalışır" - məlumatda qeyd olunur.

Rusiya qüvvələri əvvəllər Huliaipole şəhərini ələ keçirdiklərini iddia etmişdi, lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu iddiaları təkzib etmişdi. İşğalçılar şəhərin yalnız bir hissəsinə nəzarət edirlər. Şəhərdə vəziyyət gərgindir; döyüşlər davam edir.

Bizə qoşulun